Mağazanı qarət etmək istəyən “iş başında” yaxalandı
Mağazanı qarət etmək istəyən “iş başında” yaxalandı
29 Dekabr 2019 16:16 SosialPaytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 25-də saat 23 radələrində paytaxtın Nizami rayonu B.Nuriyev küçəsində yerləşən marketlərin birindən Nizami Rayon Mühafizə İdarəsinə "həyəcan" siqnalı daxil olmuşdur.Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, oradan oğurluğa cəhd edən şəxs saxlanılaraq 24-cü Polis Şöbəsinə təhvil verilmişdir.Araşdırmalarla onun Bakı şəhər sakini Ş.Ramazanov olduğu müəyyən edilmişdir.Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31