Qohumunu bıçaqlayan şəxs saxlanıb
Qohumunu bıçaqlayan şəxs saxlanıb
29 Dekabr 2019 16:13 SosialMingəçevir şəhəri ərazisində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, dekabrın 27-də Mingəçevir şəhərində yaşayan E.Kərimov evində münaqişə zəminində Yevlax rayon sakini olan qohumu R.Kərimova bıçaqla xəsarət yetirmişdir.Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən E.Kərimov saxlanılmışdır.Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31