Tibb mərkəzindən 8 min manat oğurlanıb

Tibb mərkəzindən 8 min manat oğurlanıb

Bakıda tibbi mərkəzindən 8059 manat oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki tibbi mərkəzlərin birindən 8059 manat pul oğurlamaqda şübhəli bilinən R.Dadaşzadə və Abşeron rayon sakini E.İbrahimov saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31