Paytaxtın bu ərazisi 3 günlüyə bağlanır
Paytaxtın bu ərazisi 3 günlüyə bağlanır
29 Dekabr 2019 13:34 SosialHeydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məhdudlaşma 30 dekabr saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir. "Azərbaycan Avtomobil Yolları" vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.