FHN-in Akademiyasında Həmrəylik gününə həsr olunmuş tədbir keçirilib
FHN-in Akademiyasında Həmrəylik gününə həsr olunmuş tədbir keçirilib
29 Dekabr 2019 12:26 SosialDekabrın 29-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramlarına həsr olunmuş tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə akademiyanın rəisi general-mayor Baba Salayev, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Polis Akademiyasının rəisi general-mayor Əliyev Nazim, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, akademiyanın zabit və kursant heyəti iştirak edib. Tədbir iştirakçılarını salamlayan rektor B. Salayev Dünya Azərbaycanlılarının Həmrəyliyinin vacibliyini vurğulayıb: "Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən ana dilinin, milli mənəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi son dərəcə vacibdir".