Qızıl-zinət əşyalarını gömrük sərhəddindən bəyan etmədən keçirmək istədi

Qızıl-zinət əşyalarını gömrük sərhəddindən bəyan etmədən keçirmək istədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı Kanal"a yönləndirilib.Vətəndaşa məxsus əşyalar rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Yoxlama zamanı xanım vətəndaşa məxsus çantanın içərisindən və üzərindən əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, elektron və yazılı şəkildə bəyan etmədiyi, ümumi çəkisi 87 qram olan zərgərik məmulatları - 5 cüt sırqa, 5 ədəd qolbaq, 1 ədəd sırğa-üzük-kulonlu boyunbağı, 3 ədəd qızıl boyunbağı, 2 ədəd üzük, 3 ədəd kulon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Qızıl sikkələri gizlədərək keçirməyə cəhd etdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31