Şirvanda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
Şirvanda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
28 Dekabr 2019 16:51 SosialOğurluqda şübhəli bilinən dəstə ifşa edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 1-dən dekabrın 26-dək olan müddətdə şəhər ərazisindəki zavoddan 2860 manat dəyərində mis boru, 16.000 manat dəyərində istehsalat avadanlıqları və 580 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən İ.Əmənov, S.Ağayev, T.Yusifov, M.Zeynalov, O.Mütəllimov və L.Zeynalov saxlanılmışlar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31