Coğrafi İnformasiya Sistemlərinin idarə olunması ilə bağlı elektron xəritə hazırlanıb
Coğrafi İnformasiya Sistemlərinin idarə olunması ilə bağlı elektron xəritə hazırlanıb
28 Dekabr 2019 16:46 SosialNəqliyyatı İntelektual İdarəetmə sisteminin ən əhəmiyyətli komponentlərindən olan Coğrafi İnformasiya Sistemlərinin idarə olunması ilə bağlı proqram təimantı və elektron xəritə hazırlanıb. Bakı Nəqliyyat Agnetliyindən "OLAYLAR"-a bildirilib ki, proqram təminatında Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə 34 bölmədən ibarət məkan məlumatları, digər coğrafi məlumatları özündə əks etdirən rəqəmsal xəritə əks olunub.
Yaradılan CİS (Coğrafi İnformasiya Sistemləri) bazasında yol sərhədləri, yol nişanlanması, kəsişmələr, yol ayrıcı zolaqlar, velosiped yolları, parklanma yerləri, taksi duracaqları, avtobus duracaqları, avtobus zolaqları və s. haqqında məlumatlar yerləşdirilib.
CİS bazası yol və şəhər infrastrukturu haqqında geniş məlumat əldə etmək, müxtəlif hesabatlar, analizlər və emal proseslərini həyata keçirtməyə imkan verir. Bu rəqəmsal xəritədən istifadə etməklə gələcəkdə naviqasiya sistemi işləməsi üçün lazım olan məkan məlumatlarını əldə etmək də mümkün olacaq.
Həmçinin, müntəzəm marşrut xətləri üzrə avtobusların vahid mərkəzdən idarə olunması məqsədi ilə Mərkəzləşdirilmiş Dispetçer Xidmətinin yaradılması işləri də artıq yekunlaşmaq üzrədir. Bununla bağlı işlər iki istiqamətdə aparılıb. Sözügedən xidmətin yaradılması real vaxt rejimində marşrut xətləri üzrə avtobusların hərəkət cədvəlinə və sxeminə riayət olunmasına nəzarət etməyə imkan verəcək.