Müsabiqələrin qalibləri təltif olunub
Müsabiqələrin qalibləri təltif olunub
28 Dekabr 2019 16:23 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrinin qalibləri təltif olunub. "OLAYLAR"-a Baş Təhsil İdarəsindən bildirilib ki, mərasimdə BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və qalib komandalar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva qalib komandaları təbrik edib və belə müsabiqələrin keçirilməsinin şagirdlərin istedad və qabiliyyətlərinin inkişaf etdirilməsində, təlimə motivasiyasının yüksəldilməsində mühüm rolu olduğunu bildirib.
Müsabiqələrdə qalib gəlmiş komanda üzvlərinə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunu