Nəsimi rayonunda 700-dən artıq ailəyə bayram sovqatı verilib
Nəsimi rayonunda 700-dən artıq ailəyə bayram sovqatı verilib
28 Dekabr 2019 16:19 SosialNəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, 1991-ci ilin 16 dekabırında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış, demokratik təsisatlar möhkəmləndirilmişdir. Tədbirin sonunda 700-dən artıq ailəyə müxtəlif çeşidli ərzaqlardan ibarət bayram sovqatları verilmişdir.