Bakıda qətl törədən saxlanılıb

Bakıda qətl törədən saxlanılıb

Dekabrın 27-də saat 8 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Xəyal Cəfərovun odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyitinin tapılması barədə Rayon Polis İdarəsinə məlumat daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Mahmudov müəyyən edilərək saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31