Yevlaxda “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbiri keçirilib
Yevlaxda “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbiri keçirilib
28 Dekabr 2019 15:31 SosialYevlax şəhər mərkəzi stadionunda "Açıq əyləncəli futbol məktəbi" layihəsi üzrə kütləvi idman tədbiri keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə 100 məktəbli iştirak edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində baş tutan tədbirdə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tural İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən idman siyasəti və onun nəticələrindən, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.
Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Etibar Məmmədov və AFFA-nın nümayəndəsi Kərim Ağayev çıxışlarında yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunması, onlar arasında futbolun təbliği məqsədi daşıyan "Açıq əyləncəli uşaq futbol məktəbi" layihəsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə gənc futbolçular topla davranma, müxtəlif hərəkətlər nümayiş etdiriblər. Sonda gənc futbolçulara top, idman geyimləri və hədiyyələr verilib.