Psixoloqların diaqnostik qiymətləndirilməsi başa çatıb
Psixoloqların diaqnostik qiymətləndirilməsi başa çatıb
28 Dekabr 2019 15:20 SosialDekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.
Namizədlər arasında Bakı şəhəri 263 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Zeyniyeva 55 bal toplayaraq ən yüksək nəticəni göstərib. Gülşən Zeyniyeva 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində fizika ixtisası üzrə bakalavr, 2000-2001-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya üzrə yenidənhazırlanma təhsili alıb. O, 13 ildir Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərir.