Doğuşla bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2680 müraciət olub
Doğuşla bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2680 müraciət olub
28 Dekabr 2019 14:30 SosialCari il ərzində doğuşla bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı 2680 təşkil edib. Səhiyyə Nazirliyidən "Olaylar"a bildirilib ki, onlardan 2670-i hospitalizasiya edilib. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilərək, ünvana polis əməkdaşları dəvət olunub.
Məlumatda o da bildirilib ki, ümumilikdə təcili tibbi yardım stansiyalarına müraciətlərin içində bədbəxt hadisələrin sayı 26700, hospitalizasiya 18300-dür. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 21718, hospitalizasiya 13833. Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 20 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 900 körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.