Anar Bağırov: “Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir”
Anar Bağırov: “Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir”
28 Dekabr 2019 14:16 SosialAzərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir. "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, dünyada çox az ölkə var ki, orada vəkil günü xüsusi qeyd olunur: "Həmin az ölkələr sırasında Azərbaycan da var. Bu da özlüyündə məhkəmə-hüquq sahəsində aparılan islahatların ən vacib şərtlərindəndir". Anar Bağırov bildirib ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub. Vəkillər Kollegiyası da bu islahatlara öz töhfələrini verir. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə hər il dekabrın 28-i Azərbaycan Respublikasında "Vəkil günü" peşə bayramı kimi qeyd edilir.