"Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemləri bütün ölkəni əhatə edəcək
"Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemləri bütün ölkəni əhatə edəcək
28 Dekabr 2019 12:54 SosialÖlkədə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin ölkəmizin bütün ərazisi üzrə genişləndirilməsi və bütövlükdə ahəng işlənilməsinin təmin olunması üzrə işlər davam etdirilir. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, məhkəmə istifadəçiləri üçün faydalı olan "Mobil məhkəmə" proqram təminatının ictimai təqdimatı keçirilərək yenicə istifadəyə verilib. Ədliyyə sahəsində də xidmətlərin məsafədən göstərilməsinə imkan verən elektron ədliyyə köşkünün, "Mobil notariat"ın funksionallığı artırılıb və ötən bir ay ərzində ondan istifadə edənlərin sayı artıq 30 mini ötüb.