FHN-in İdman-Sağlamlıq Klubu ilin yekunları ilə bağlı tədbir keçirib
FHN-in İdman-Sağlamlıq Klubu ilin yekunları ilə bağlı tədbir keçirib
28 Dekabr 2019 12:45 SosialFövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (İSK) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, il ərzində fərqlənən, mükafat qazanan struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev 2019-cu ildə nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlardan danışıb. Sonra FHN-in İdman-Sağlamlıq klubunun fəaliyyətini əks etdirən film nümayiş olunub. Nazir müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə çıxış edərək klubun fəaliyyətini yüksək qiymətləndirib, kollektivə, idmançı-əməkdaşlara yeni nailiyyətlər arzulayıb. Tədbirdə, həmçinin mətbuat nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlıq və xidmətlərinə görə təltif olunublar.