Baş Təhsil İdarəsindən daha bir sosial layihə
Baş Təhsil İdarəsindən daha bir sosial layihə
28 Dekabr 2019 12:43 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 20 nömrəli məktəb-liseydə "Sərhədləri birgə aşaq" layihəsi çərçivəsində tədbir keçirilib. "OLAYLAR" xəbər verir ki, layihə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan-YUNESKO klublarının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Layihənin əsas məqsədi inklüziv idman yarışı vasitəsilə tipik uşaqlarla atipik uşaqların qarşılıqlı inteqrasiyasını təmin etmək, mövcud steriotipləri dəyişdirmək və cəmiyyətdə bu kateqoriyadan olan insanlara müasir yanaşmanın formalaşdırılmasına, həmçinin təkmilləşdirilməsinə dəstək verməkdən ibarətdir.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər qurumların əməkdaşları, məktəb direktorları, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə layihəyə qatılan 6 atipik və 9 tipik 10-12 yaşlı uşaqlar komandalara bölünərək müxtəlif idman yarışlarında güclərini sınayıb və rəqs nümayiş etdiriblər. Daha sonra şagirdlərin təltifetmə mərasimi keçirilib.