DSX-nin Akademiyasında Nəsiminin 650 illik yubileyi qeyd edilib

DSX-nin Akademiyasında Nəsiminin 650 illik yubileyi qeyd edilib

Dövlət Sərhəd Xidmətinin Akademiyasında dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. DSX Mətbuat Mərkəzindən "Olaylar"a  verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin və AMEA-nın filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyevanın iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilmiş, adı mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat verilib. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantları tərəfindən İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31