Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
28 Dekabr 2019 12:33 Sosial"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb. Bu barədə məlumat "OLAYLAR"-a Təhsil Nazirliyindən daxil olub.
Qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti 25 yanvar 2020-ci il tarixinədək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31