1000-dən çox din xadiminə ilboyu maddi yardım göstərilib

1000-dən çox din xadiminə ilboyu maddi yardım göstərilib

2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş 1000-dən çox din xadiminə ilboyu maddi yardım göstərib. Fonddan verilən məlumata görə, həmçinin 2019-cu ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maddi dəstək göstərilib. Eyni zamanda, ölkədə fəaliyyət göstərən müsəlman dini icmalar tərəfindən təqdim olunmuş 71 maarifləndirici layihə Fond tərəfindən maliyyələşdirilib. Həmçinin, Fondun təşkilatçılığı ilə qeyri-islam dini icmalarla birlikdə "Tolerant Azərbaycan" layihəsi çərçivəsində bayramlarda və əlamətdar günlərdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması və Alban-Udi Xristian dini icmasının fəaliyyətinə həsr edilmiş konfranslar keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31