“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfransın materialları çap olunub

“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfransın materialları çap olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə keçirdiyi "Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni" mövzusunda konfransın materialları dərc olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş nitqi ilə açan Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətlərinə görə, 2019-cu ilin "Nəsimi İli" elan olunması haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncam imzalaması və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə böyük mütəfəkkirin yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi dövlətimiz tərəfindən ədibə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir.

C.Məmmədov bildirib ki, İnstitut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.

Aİİ rektoru keçirilən konfransın materiallarının çap edilməsinin nəsimişünaslar üçün böyük əhəmiyyətə malik olacağına ümidvar olduğunu bildirib. Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31