Kürdəmirdə 3 yol infrastrukturu layihəsi icra olunub

Kürdəmirdə 3 yol infrastrukturu layihəsi icra olunub

Avtomobil Yolları Dövlət Agentliyi  Kürdəmir rayonunda 3 yol infrastrukturu layihəsini icra edib. "OLAYLAR"-a AAYDA-dan bildirilib ki, layihələr Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarını əhatə etməklə 85.2 km uzunluğa malikdir.

Kürdəmir rayonunda icra olunan 3 yol infrastrukturu layihələri 20 minə yaxın vətəndaşın yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün  müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31