Gömrük Akademiyasında Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Gömrük Akademiyasında Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
28 Dekabr 2019 11:07 SosialDövlət Gömrük Komitəsinin Akademiyasında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Nəsiminin həyat və yaradıcılığını əks etdirən qısa videoçarx təqdim olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Yubiley münasibətilə çəkilmiş "Nəsimi" filmi 1973-cü ildə ekranlara buraxılıb. Tədbirdə Akademiyanın tələbələri tərəfindən "Nəsimi" filminin fraqmentləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub.