Bakıda "Qış Parkı"nda qız üstündə kütləvi dava- TƏFƏRRÜAT

Bakıda "Qış Parkı"nda qız üstündə kütləvi dava-TƏFƏRRÜAT

Bakıda qız üstündə bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Nurlan Abdullazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Ramella Allahverdiyevanın icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə bu ilin martın 6-da Nəsimi rayonunda yerləşən "Qış Parkı" kimi tanınan ərazidə baş verib. 19 yaşlı Muradəli Eyvazov sevdiyi qıza görə 4 nəfərlə əlbəyaxa dava edib. Davaya Muradəli Eyvazovun qohumu, 22 yaşlı Sübhan Nəsirov da müdaxilə etməli olub. Lakin mübahisə qanlı sonluqla bitib.

Muradəli Eyvazov və Sübhan Nəsirov bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanıb. Hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Nurlan Abdullazadə həbs edilib.

Məlum olub ki, Nurlan Abdullazadə və bir neçə dostu "Qış Parkı"nda gəzişiblər. Bu zaman onlardan biri Muradəli Eyvazovun yanında olan qıza söz atıblar. Bundan əsəbləşən Muradəli Eyvazov onlara hücum edib. Mübahisəyə qohumu Sübhan Nəsirov da qoşulub.

Dava zamanı Nurlan Abdullazadə bıçağa əl atmalı olub.

İstintaq orqanı tərəfindən Nurlan Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31