Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
27 Dekabr 2019 17:14 SosialYevlax Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 27-də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edilib. "OLAYLAR"-a verilən məlumata görə, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova tədbirdə çıxış edərək respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən vətən övladlarının ailələrinin, qazilərin və müharibə veteranlarının, imkansız ailələrin sosial müdafiəsi ilə bağlı dövlət siyasətindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərdən, aparılan köklü islahatlardan ətraflı bəhs edib.
Tədbirdə iştirak edən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin, maddi vəziyyəti zəif olan ailələrin nümayəndələri onlara göstərilən dövlət qayğısına görə təşəkkür edib, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin həssas təbəqələrinə diqqət və qayğısından, onların problemlərinin həlli istiqamətində görülən işlərdən danışıblar. Bu siyasətin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar.
Sonda 760 nəfərə bayram sovqatı paylanıb.