18 məktəb direktoru işdən çıxarıldı
18 məktəb direktoru işdən çıxarıldı
27 Dekabr 2019 12:51 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Olaylar.az-a verilən məlumata görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.
18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31