Gənclər Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimdən istifadə edəcəklər

Gənclər Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimdən istifadə edəcəklər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının gənc üzvləri Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərdən 50%-dək endirimlə istifadə edə biləcəklər. "OLAYLAR"-a Mərkəzi Gpmrük Hospitalından bildirilib ki, bununla bağlı, 2019-cu ilin dekabr ayında Mərkəzi Gömrük Hospitalı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Müqaviləyə əsasən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının "Azərbaycan Tələbə Kartı"na sahib olan üzvlərinə Mərkəzi Gömrük Hospitalında ambulator xidmətlərə 50% endirim və stasionar xidmətlərə 30% endirim tətbiq olunub. Hazırda, ATGTİ-nin 50 min gənc üzvü bu karta sahibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31