31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Meksikada qeyd olundu
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Meksikada qeyd olundu
27 Dekabr 2019 11:43 SosialDünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində qeyd olunub. Tədbirdə Meksikada Azərbaycan icmasının üzvləri, ölkəmizin meksikalı dostları, həmçinin Türkiyə Səfirliyinin nümayəndələri iştirak edib.
Olaylar.az bildirir ki, tədbir qonaqlarını salamlayan ölkəmizin Meksikada səfiri Məmməd Talıbov bütün həmvətənlərimiz üçün birlik rəmzinə çevrilmiş bu bayramın Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev tərəfindən 1991-ci ildə elan edildiyindən sonra hər il dünyanın müxtəlif nöqtələrində qeyd olunduğunu qeyd edib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gündən günə gücləndiyi və beynəlxalq arenada nüfuzunun tədricən artdığını bildirərək, ölkədə uğurla keçirilən iqtisadi islahat, Azərbaycan əhalisinin yaşayış səviyyəsinin artmasına yönələn sosial proqramlar barədə danışdı, bütün bunların xaricdə yaşayan həmvətənlərimiz üçün də qürur mənbəyi olduğunu qeyd etdi.
Bundan sonra çıxış edən Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, "Əməkdar elm xadimi", professor Natiq Atakişiyev çıxış edərək Azərbaycan Respublikası rəhbərliyinin bu sahəyə diqqət və qayğısı nəticəsində dünyada Azərbaycan diasporlarının tədricən daha da fəallaşdığını qeyd edib. Eyni zamanda o, erməni lobbisinin kifayət qədər çoxsaylı olduğu Latın Amerikası regionunda həmvətənlərimizin sayının nisbətən az olmasına baxmayaraq buradakı diasporanın fəallaşma imkanlarına toxundu.
Türkiyə Səfirliyinin müşavir-elçisi Fikrət Türkeş çıxış edərək dünya Azərbaycanlılarını bu möhtəşəm gün münasibətilə təbrik edərək iki qardaş xalqın xaricdəki diasporlarının birgə fəaliyyəti və əməkdaşlıq imkanlarının vacibliyindən danışdı.


