Səfurə Əliyeva Fərhad Əliyevlə səmimi görüntüsünü yaydı- VİDEO
27 Dekabr 2019 11:33 Sosial"Eurovision-2010" təmsilçimiz Səfurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Olaylar.az xəbər verir ki, Səfurə Əliyeva İnstaqramda video paylaşaraq "Mənim həyat yoldaşımın ad günüdür. Biz səni sevirik" şərhini yazıb.
Səfurə həyat yoldaşı ilə səmimi görüntüsünü ilk dəfə yayıb. O, Fərhad Əliyevin yanağından öpərək doğum gününü təbrik edib.
Qeyd edək ki, Səfurə Əliyeva mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün İsgəndər və Natiq adlı iki oğlu, Ayişə adlı bir qızı var.


Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31