Həbs edilən icra başçısının hakim oğlu haqda qərar: İşlər geri alındı
27 Dekabr 2019 10:21 SosialDekabrın 18-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən rüşvət və korrupsiya ittihamları ilə həbs edilən Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin hakim işləyən oğlundan xəbər var.
Gununsesi.org xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub.
Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.
Nizaməddin Quliyevin digər övladı Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31