Məşhur həkimin sözləri hər kəsi ŞOKA SALACAQ : Bu qidaları yeyənlər 40 yaşdan sonra...
27 Dekabr 2019 10:02 SosialSosial şəbəkələrdə yayılan "Süd və süd məhsullarından uzaq durun" videosu ilə böyük səs-küy yaradan türkiyəli həkim Murad Kınıkoğlu hesab edir ki, xəstəliklərin bir çoxu süd və ətin təsiri nəticəsində meydana gəlir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis pendir və ət haqqında şok açıqlamalar verib. O, pendirin mənfi təsirlərini belə izah edib:
"10 ildir ki, süd və heyvansal qidaların zərərlərindən danışıram. Türkiyədə orta yaş səviyyəsi 76-dır. Pendir yeyən insan səhəri gün hər hansı xəstəliyə yoluxmur. Əgər ömrünün son 10 ilini xəstəliklərlə keçirməyə razıdırsa, insanlar pendir, qatıq və ya ət yeyə bilər. Səhər yeməyində bir-iki dilim pendir, yumurta, naharda ət məhsullarına üstünlük verən insanların 40-50 yaşına çatanda yüksək qan təzyiqi, diabet, ürək-damar problemləri ilə üzləşdiklərini görürük. İnsanlar bu gedişata razıdırsa, pendir yeyə bilər.