"İrəli" hesabat verdi

"İrəli" hesabat verdi

"İrəli" İctimai Birliyi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib. "OLAYLAR" xəbər verir ki, tədbirdə çıxış edən "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki, rəhbərlik etdiyi təşkilat fəaliyyəti boyu ölkə maraqlarını daim ön planda saxlayıb, gənclərin ictimai həyatda fəallığının artırılmasına xüsusi diqqət yetirib.

Vurğulanıb ki, "İrəli" İB ölkəmizin hüdudlarından kənarda da uğurlu fəaliyyət həyata keçirir, gənclərimizin özünüinkişafına dəstəyini göstərir.

Bildirilib ki, Cənab Prezident İlham Əliyevin doğum günündə - 24 dekabrda yaradılan təşkilat 11-ci ildönümünü də cəbhə bölgəsində xidmət edən əsgərlərimizlə birlikdə qeyd edib.

"İrəli" İctimai Birliyinin son 1 illik fəaliyyətinə dair təqdimatla çıxış edən "İrəli" sədri təşkilatın gördüyü işləri tədbir iştirakçılarına təqdim edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və İdman Məsələləri şöbəsinin məsul əməkdaşı Həmid Nəsibov, Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektor müdiri Fuad Babayev çıxış edib və təşkilatın bu müddət ərzində fəaliyyətini yüksək qiymətlənidiriblər. Konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31