“Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsinin birinci hissəsi yekunlaşdı

“Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsinin birinci hissəsi yekunlaşdı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində ənənəvi "Doğma diyar" Respublika uşaq rəsm müsabiqəsinin 12 yaşa qədər yaş qrupundan olan uşaqlar üçün olan yekun müsabiqə yekunlaşıb.

Olaylar.az bildirir ki, tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərginin əhəmiyyətindən danışdı. Söz alan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi iştirakçılarını salamladı və onlarla birlikdə bu tədbirin iştirakçısı olmaqdan qürur duyduğunu qeyd etdi. Tədbir hər bir balaca rəssama diplom təltif etmə mərasimi ilə başa çatdı.

Qeyd edək ki, tədbirin ikinci hissəsi - 12-17 yaş qrupunda balaca rəssamların sərgisi ilə sabah dekabrın 26-da Xətai Sənət Mərkəzində davam edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31