Ağstafa Regional Mədəniyyət İdarəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olundu

Ağstafa Regional Mədəniyyət İdarəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olundu

Ağstafa Regional Mədəniyyət İdarəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni 2020-ci ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib.

Olaylar.az bildirir ki, Regional İdarənin təşkilatçılığı, Ağstafa rayon Uşaq Musiqi Məktəbi, Aşıq Ə.Rzayev adına Tovuz rayon Uşaq Musiqi Məktəbi, Qazax rayon 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin, Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin iştirakı ilə baş tutan konsert proqramından öncə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibətilə təbrik edərək, yeni ildə onlara uğurlar arzu etdi.

Tədbirdə həmçinin Azərbaycan Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin rəhbəri Aşıq Camoy Qurbanov 65 illik yubileyi münasibətilə  İdarə rəisi və Qazax rayon MİHİ tərəfindən  hədiyyə və fəxri  fərmanla təltif olundu.

Tədbir Ağstafa Regional  Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi aktyorlarının hazırladığı yumoristik səhnələr, Uşaq Musiqi Məktəblərinin müəllim və şagird kollektivlərinin hazırladığı maraqlı ifalardan ibarət konsert proqramı ilə davam etdirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31