Zaur Məmmədovun məqaləsi Meksikada elmi jurnalda dərc olundu

Zaur Məmmədovun məqaləsi Meksikada elmi jurnalda dərc olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Baş elmi işçisi, hüquq üzrə elmləri doktoru dosent Zaur Məmmədovun Meksikanın impakt faktorlu "Revista Dilemas Contemporáneos: Educación, Política y Valores" jurnalında "Notariat fəaliyyəti: Azərbaycan Respublikası və Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin qanunvericiliyinin müqayisəli təhlili" adlı yeni məqaləsi dərc olunub. Adı çəkilən beynəlxalq istinad indeksli elmi jurnal dünyanın elmi nəşrlərini əhatə edən "Web of Siences" bazasına daxildir.

Qeyd edək ki, Zaur Məmmədovun bu günədək ümumilikdə 100-ə qədər elmi məqaləsi işıq üzü görüb, onlardan 15-i beynəlxalq nəşrlərdə yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31