Universitetdə dəyirmi masa təşkil olundu
Azərbaycan Dillər Universitetində ADU YAP ilk ərazi təşkilatı, Beynəlxalq Münasibətlər kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faktoru” mövzusunda dəyirmi masa keçirilib
26 Dekabr 2019 10:54 SosialAzərbaycan Dillər Universitetində ADU YAP ilk ərazi təşkilatı, Beynəlxalq Münasibətlər kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə "Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faktoru" mövzusunda dəyirmi masa keçirilib.
Olaylar.az bildirir ki, tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ərazi təşkilatının sədri Sərraf Hüseynov dəyirmi masa iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.
Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Nərmin Qədirova "İlham Əliyev-uğurlu lider, düşünülmüş strategiya" adlı məruzə ilə çıxış edib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyə Qasımova "İlham Əliyev və Azərbaycan enerji diplomatiyasının yeni inkişaf mərhələsi" adlı məruzə ilə çıxış edib. ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olan, Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Bildirilib ki, ölkəmizə xarici ölkələrin başçılarının səfərləri daha da genişlənməkdədir, bu səfərlər zamanı ikitərəfli əlaqələrin qurulması və sənədlərin imzalanmasını müşahidə etməkdəyik. Azərbaycan özünün multikultural dəyərləri ilə dünya ölkələrinə nümunədir. Bu nümunənin müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün isə onun layiqli davamçısı İlham Əliyev Azərbaycanı parlaq gələcəyə doğru aparır.
Dəyirmi masa tələbələrin sualları ilə başa çatıb.