Günəş tutulması başladı

Bu gün 2019-cu ilin son Günəş tutulması başlayıb. "Yeni Sabah" xəbər verir ki, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayıb. Günəşin tam tutulma saatı 07:37-də olub. Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq. Günəş tutulması saat 09:34-də maksimuma çatacaq. Tam tutulma saat 10:58-də bitəcək. Proses saat 12:06-da yekunlaşacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31