11 ayda yol qəzalarında 298 piyada ölüb
11 ayda yol qəzalarında 298 piyada ölüb
25 Dekabr 2019 16:28 Sosial"Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub". "Olaylar" xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib. Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol nəqliyyat hadisəsi qeydə alınıb. Həmin yol qəzalarında 738 nəfər ölüb, 1535 nəfər xəsarət alıb. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31