İki rayona yeni prokuror təyin olundu

İki rayona yeni prokuror təyin olundu

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook profilində yazıb ki, Azərbaycan Respublikasının Baş prokuroruZakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyevin isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin edilmələri ölkədə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31