İtkin düşən taksi sürücüsü tapıldı

İtkin düşən taksi sürücüsü tapıldı

Bakıda itkin düşən 31 yaşlı taksi sürücüsü tapılıb."Olaylar"ın xəbərinə görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin keçirdiyi müvafiq tədbirləri nəticəsində dekabrın 17-də Suraxanı rayon ərazisində itkin düşmüş 1988-ci il təvəllüdlü Hüseyn Bayramov 6 gün sonra - dekabrın 23-də sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olan H.Bayramov dekabrın 17-də yaşadığı Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz ünvandan çıxmış və bir daha geri qayıtmamışdı. Daha sonra H.Bayramovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31