Gömrükçülər gizlədilmiş pirotexniki vasitələri aşkar ediblər

Gömrükçülər gizlədilmiş pirotexniki vasitələri aşkar ediblər

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Rover-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. "Olaylar" xəbər verir ki, sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin yük yerində düzəldilən gizli saxlanc yerində 240 ədəd üzərində "Sterminator" və 450 ədəd "Bird Egg Cracker" yazılan pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31