Avtomobildə fişəng və pirotexniki vasitələr aşkarlanıb
Avtomobildə fişəng və pirotexniki vasitələr aşkarlanıb
25 Dekabr 2019 14:44 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Qaz 32213" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. DGK-dan "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin damında 948 ədəd üzərində "Magical Candle" yazılan fişəng və 15600 ədəd pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31