“Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib

“Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Çoxşaxəli milli təhlükəsizlik anlayışı və Azərbaycan" mövzusunda dəyirmi masa keçirilib. "Olaylar" xəbər verir ki, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov tədbirin xüsusi təyinatlı ali təhsil müəssisələrinin iştirakı ilə təşkil olunan ilk dəyirmi masa olduğunu, əlaqələrin möhkəmləndirilməsi, elm, tədris və təlim prosesi sahəsində daha yaxından əməkdaşlıq etmək üçün effektiv platforma olduğunu bildirib. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən, Gömrük Akademiyası ilə rəhbərlik etdiyi təhsil müəssisəsi arasındakı uzunmüddətli səmərəli əlaqələrdən danışıb və "İctimai təhlükəsizlik - milli təhlükəsizlik kontekstində" mövzusunda məruzə ilə çıxış edib. Daha sonra Gömrük Akademiyasının Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov çıxış edərək dəyirmi masanın əhəmiyyətindən danışıb, xüsusi təyinatlı ali təhsil müəssisələri arasında bu platformada əlaqələrin qurulması və davamlılığının təmin edilməsinin vacibliyindən bəhs ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31