Hərbiçilər üçün növbəti yaşayış binası istifadəyə verilib

Hərbiçilər üçün növbəti yaşayış binası istifadəyə verilib

Prezident İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasının ərazisində yerləşən növbəti yaşayış binası hərbi qulluqçuların istifadəsinə verilib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində  çıxış edən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bildirib ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər onların daimi və xidməti mənzillə mütəmadi təmin olunması ölkə başçısının Ordumuza göstərdiyi qayğının bariz nümunəsidir.

Tədbir zamanı məlumat verilib ki, beşmərtəbəli bina 70 tam təmirli mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.

Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahətini təmin etmək məqsədilə bütün lazımi şəraitin yaradıldığı bina üçün yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx, qonaq, uşaq və yataq mebelləri və istilik sistemi ilə təmin edilib. Əraziyə asfalt döşənib, 100 kubluq su çəni qoyulub və yaşıllaşdırma işləri həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31