Bələdiyyə seçkilərinin nəticələri gələn il təsdiqlənəcək
Bələdiyyə seçkilərinin nəticələri gələn il təsdiqlənəcək
25 Dekabr 2019 14:22 SosialMərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini 2020-ci il yanvarın 12-dək təsdiqləyəcək. "Olaylar" xəbər verir ki, Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarının yoxlamalı və təsdiq etməlidir. Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 12-dək olan dövrü əhatə edir.
Eyni zamanda Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 25 gün müddətində seçkilərin yekununu elan etməlidir. Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dək olan dövrü əhatə edir.