Sabahdan seçicilərə qeydiyyatdan çıxma vəsiqəsi veriləcək

Sabahdan seçicilərə qeydiyyatdan çıxma vəsiqəsi veriləcək

Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılacaq. "Olaylar" xəbər verir ki, Seçki Məcəlləsinin 101.2-101.4-cü maddələrinə əsasən, səsvermə gününə 45-25 gün qalanadək müvafiq dairə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılmalıdır.

Fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə 2019-cu il dekabrın 26-dan başlanılacaq və 2020-ci il yanvarın 15-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31