Məktəblilərin yazı işlərindən ibarət kitabın təqdimatı

Məktəblilərin yazı işlərindən ibarət kitabın təqdimatı

"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda keçirilən məktəblilərin referat müsabiqəsində seçilmiş yazı işlərindən ibarət kitabın təqdimat mərasimi təşkil olunub. "OLAYLAR" xəbər verir  ki,  mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və digər şəxslər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev paytaxt məktəbliləri arasında təşkil olunmuş referat müsabiqəsinin şagirdlərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağını artırmaq məqsədlərinə xidmət etdiyini bildirib.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda məktəblilərin referat müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmiş 1 116 şagirdin yazı işindən 60-ı seçilərək hazırlanmış kitaba daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31