Yevlaxda Həmrəylik günü və yeni il münasibəti ilə konsert keçirilib

Yevlaxda Həmrəylik günü və yeni il münasibəti ilə konsert keçirilib

Yevlax şəhərinin mərkəzi meydanında 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl münasibəti ilə Respublikasnın tanınmış sənət adamlarının iştirakı ilə təntənəli bayram konserti keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Yevlax Şəhər İcra hakimiyyətinin başçısı Anar Tağıyev, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələri, aqrar sektorda çalışanlar, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd olunub ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Populyar müğənni Sevda Yəhyayeva və gənc incəsənət xadimlərinin, rəqs kollektivlərinin iştirakı ilə 2 saatdan çox  davam edən konsert proqramında ifa edilən mahnı və rəqslər hər bir yevlaxlının qəlbinə sevinc bəxş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31