Ombudsman: “Seçki hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət daxil olmayıb”
Ombudsman: “Seçki hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət daxil olmayıb”
25 Dekabr 2019 12:32 Sosial23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Aparatın və Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin əməkdaşları paytaxtda, eləcə də ölkənin 49 şəhər və rayonunun 73 seçki dairəsi üzrə 518 seçki məntəqəsində, o cümlədən hərbi hissələr və penitensiar müəssisələrdə bələdiyyə seçkilərini müşahidə ediblər. Ombudsman Aparatından "Olaylar"a bildirilib ki, müşahidə prosesi müddətində hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə hallarına rast gəlinməyib. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına və qaynar xəttinə hər hansı müraciət daxil olmayıb. Bələdiyyə seçkiləri ölkə Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib. Bu isə Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiq edir.